ABŞ və İsrailin hücumları, İranın cavab zərbələrindən sonra bütün dünyanın diqqəti Yaxın Şərqə yönəldiyi bir vaxtda, Afrikada da gərginlik artır. Eritreya qüvvələrinin Tiqray bölgəsinə daxil olduqdan sonra törətdiyi insan hüquqları pozuntuları və talanlarla bağlı danışan Efiopiyanın baş naziri Abiy Ahmed deyib:
“Biz onları yaxşı tanıyırıq. Efiopiya xalqına yenidən zərər vermək imkanı verməyəcəyik. Əgər hər hansı bir cəhd etsələr, bunun son cəhdləri olacağına inanıram.”
Efiopiyanın baş naziri Abiy Ahmed, Eritreya qüvvələrinin Tiqray bölgəsinə girdikdən sonra törətdiyi insan hüquqları pozuntuları və talanlarla bağlı açıqlamalar verib.
“YAXŞI NİYYƏTLƏ BAŞLADIQ, AMMA PİSLİKLƏ QARŞILAŞDIQ”
Efiopiya ordusu ilə Tiqray Xalq Azadlıq Cəbhəsi (TPLF) arasında baş verən toqquşmalar zamanı Eritreya qüvvələrinin bölgədə çoxsaylı qeyri-insani əməllər törətdiyini bildirən Ahmed, “Yaxşı niyyətlə başladıq, amma pisliklə qarşılaşdıq,” deyə qeyd edib.
O, Tiqrayla aparılan müharibədə Eritreya ordusunun ilkin mərhələdə verdiyi dəstəyi yüksək qiymətləndirdiklərini, lakin bu dəstəyin sonradan törədilən cinayətləri ört-basdır edə bilməyəcəyini vurğulayıb.
“ƏGƏR BİR CƏHD ETSƏLƏR, BU SON CƏHDLƏRİ OLACAQ”
Eritreya əsgərlərinin Tiqrayın müxtəlif şəhərlərində törətdiyi cinayətlərlə bağlı detalları bölüşən Ahmed, həmin dövrdə hökumətin Tiqray qüvvələri ilə döyüşdüyünü və buna görə də xarici müdaxilələrə qarşı özünü qoruya bilmədiyini bildirib.
O, Eritreya hökumətinin inkişafı və dinc hakimiyyət ötürülməsini prioritet saymadığını deyərək əlavə edib:
“Biz onları yaxşı tanıyırıq. Efiopiya xalqına yenidən zərər vermək imkanı verməyəcəyik. Əgər bir cəhd etsələr, bunun son cəhdləri olacağına inanıram.”
İKİ ÖLKƏ ARASINDA MÜNASİBƏTLƏR SON 25 İLDİR GƏRGİNDİR
Efiopiya Xarici İşlər Nazirliyi fevralın 7-də Eritreya xarici işlər naziri Osman Salihə məktub göndərmişdi. Məktubda Eritreya qüvvələrinin uzun müddətdir Efiopiya ərazisində olduğu və silahlı qruplara maddi dəstək verdiyi iddia edilirdi. Addis-Abeba rəhbərliyi sərhəd bölgələrində aparılan birgə hərbi fəaliyyətləri də “açıq təcavüz aktları” kimi qiymətləndirmişdi.
Məktubda Eritreya əsgərlərinin dərhal Efiopiya ərazisindən çıxarılması və silahlı qruplarla hər cür əməkdaşlığa son verilməsi çağırışı yer almışdı. 1998–2000-ci illərdəki sərhəd müharibəsindən bəri iki ölkə arasındakı münasibətlər zaman-zaman gərginləşir və sərhəd xəttində təhlükəsizlik narahatlıqları davam edir.
Mənbə: BBC
Hazırladı: Jalə Əliyeva
Gundelik.az

