Gundelik.az Siyasət ABŞ Ukraynanı NATO-ya üzv olmaq imkanından məhrum etmək istəyir
Siyasət Xəbərlər

ABŞ Ukraynanı NATO-ya üzv olmaq imkanından məhrum etmək istəyir

ABŞ-nin Ukraynanın NATO-ya üzvlüyü perspektivinə münasibəti ilə bağlı yeni detallar açıqlanıb.

Gundelik.az-ın CNN-ə istinadən məlumatına görə, ABŞ və Ukrayna nümayəndə heyətləri Floridada keçirilən danışıqlarda Kiyevin de-fakto NATO üzvlüyündən kənarda saxlanılması ssenarisini müzakirə ediblər.

Bildirilib ki, bu ssenari Rusiya və NATO arasında ayrıca razılaşmaların bağlanmasını və Ukraynanın Alyansa qoşulmaq imkanının faktiki olaraq məhdudlaşdırılmasını nəzərdə tutur.

NATO-nun baş katibi Mark Rutte daha əvvəl bəyan edib ki, Ukrayna bütün üzv ölkələrin yekdil razılığı olmadan Alyansa qəbul edilə bilməz. O, ABŞ daxil olmaqla bir sıra müttəfiqlərin hazırda Ukraynanın NATO üzvlüyünə qarşı çıxdığını da etiraf edib. Rutte vurğulayıb ki, əgər NATO-ya üzvlük mümkün olmazsa, Ukraynaya etibarlı təhlükəsizlik zəmanətlərinin verilməsi gündəmdədir. Bununla yanaşı, Ukraynanın sabiq baş komandanı Valeri Zalujnı ölkə ərazisində nüvə silahının yerləşdirilməsi ehtimalından da danışıb.

Exit mobile version