Gundelik.az Dünya ABŞ qoşunları İraqdan geri çəkilib
Dünya Siyasət Xəbərlər

ABŞ qoşunları İraqdan geri çəkilib

ABŞ İraq Kürdüstan bölgəsi istisna olmaqla, İraqdakı obyektlərdən qoşunlarının çıxarılmasını başa çatdırıb.

Gundelik.az xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Amerikanın sonuncu hərbi qrupu İraqın qərbindəki Ənbar əyalətindəki Ayn əl-Əsəd hava bazasından ayrılıb. Bu bazada Amerika qoşunları iyirmi ildən çoxdur ki, yerləşib. ABŞ-ın rəhbərlik etdiyi koalisiya İŞİD-ə qarşı mübarizə aparır və hərbi obyektləri İraq təhlükəsizlik qüvvələrinə təhvil verib.

Qeyd edək ki, 2021-ci ilin dekabr ayından, ABŞ ordusu İraqdakı döyüş missiyasının başa çatdığını elan etdikdən bəri, təxminən 2500 ABŞ əsgəri ölkədə qalaraq İraq qüvvələrini dəstəkləyir. 2023-cü ildən bəri İraq hökuməti ABŞ-ni öz kontingentini geri çəkməyə çağırır.

Exit mobile version