Gundelik.az Dünya ABŞ ordusu 30 ildən sonra ilk dəfə “Patriot” raketlərinin istehsalını sifariş etdi
Dünya Siyasət Xəbərlər

ABŞ ordusu 30 ildən sonra ilk dəfə “Patriot” raketlərinin istehsalını sifariş etdi

ABŞ ordusu son 30 ildə ilk dəfə olaraq “Patriot” hava hücumundan müdafiə sistemlərinə aid PAC-2 GEM-T tipli ələkeçirici raketlərin istehsalı məqsədilə RTX (əvvəlki adı “Raytheon”) şirkəti ilə razılaşma əldə edib.

Gundelik.az xəbər verir ki, bu barədə RTX şirkətinin rəhbəri Kristofer Kalio məlumat yayıb.

Şirkət rəhbərinin bildirdiyinə görə, 2026-cı maliyyə ilinin ikinci rübündə müəssisəyə ümumilikdə 20 milyard dollara yaxın sifariş daxil olub. Bu məbləğə əsasən xarici alıcılardan gələn “Patriot” sistemlərinə aid GEM-T ələkeçirici raketlərin istehsalını nəzərdə tutan 5 milyard dollarlıq müqavilələr, o cümlədən son 30 ildən artıq müddətdə GEM-T istehsalına dair ilk daxili sifariş daxildir.

Nəşr xatırladır ki, sözügedən şirkət “Patriot” komplekslərinin və PAC-2 raketlərinin əsas istehsalçısı qismində çıxış edir, PAC-3 raketlərinin istehsalı ilə isə “Lockheed Martin” korporasiyası məşğul olur.

Məlumata görə, PAC-2 GEM-T istehsalı üzrə sözügedən razılaşma İrana qarşı hərbi əməliyyatlar nəticəsində ABŞ-nin silah ehtiyatlarının kəskin azalması fonunda bağlanıb.

Exit mobile version