ABŞ Nümayəndələr Palatası Ukraynaya yardım paketini və Rusiyaya qarşı sanksiyaları təsdiqləyib. Qanun layihəsi Ukraynaya yenidənqurma səylərini dəstəkləmək üçün 1 milyard dollardan çox, müdafiə üçün 8 milyard dollardan çox kredit və Baltikyanı ölkələrə əlavə təhlükəsizlik yardımı nəzərdə tutur.
Azad Avropa/Azadlıq Radiosunun məlumatına görə, Rusiyaya qarşı sanksiyalar maliyyə, enerji, mədən və dövlət sektorlarına təsir edəcək.
Respublikaçıların nəzarətində olan Senatın necə səs verəcəyi hələ məlum deyil, partiya liderləri əsasən Prezident Donald Trampla həmrəydirlər. Senat tərəfindən təsdiqlənərsə, o, qanun layihəsinə veto da qoya bilər.
Ukraynanın ABŞ-dakı səfiri Olha Stefanişina səsverməni “irəliləyişin vacib addımı” adlandırıb və bildirib ki, bu, Konqresin Ukraynanın müdafiəsinə davamlı dəstəyini əks etdirir.
3 iyunda Senatda keçirilən dinləmədə ABŞ dövlət katibi Marko Rubio Pentaqonun gizlətdiyi Konqresin Ukraynaya təsdiq etdiyi 400 milyon dollarlıq yardım barədə tezliklə xəbərlərin yayılacağını açıqlayıb.
Mənbə:Svoboda.org
Tərtib etdi:Məhəmməd Nəzərov
Gundelik.az

