Gundelik.az Dünya ABŞ-İran Hörmüz boğazında çıxılmaz vəziyyətə düşüb: Neftin qiyməti 106 dolları keçib
Dünya Xəbərlər

ABŞ-İran Hörmüz boğazında çıxılmaz vəziyyətə düşüb: Neftin qiyməti 106 dolları keçib

Brent markalı neft cümə günü səhər saatlarında təxminən 106,80 dollara satılıb ki, bu da çərşənbə günü bağlanış qiymətindən təxminən 5% yüksəkdir. Beləliklə, neft qiymətləri iki həfdə ərzində ilk dəfə olaraq yenidən 100 dollar həddini keçdi. Enerji bazarlarındaki bu dəyişkənlik qlobal fond bazarlarına mənfi təsir gösdərir. SP 500 indeksi 0,41%, texnologiyaya əsaslanan Nasdaq isə 0,89% ucuzlaşdı.

ABŞ prezidenti Donald Tramp cümə axşamı günü dəniz blokadasının əhatə dairəsini genişləndirdiyini bildirib. Sosial media platforması Truth Social-da paylaşım edən Tramp bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin razılığı olmadan heç bir gəmi Hörmüz boğazına “girib-çıxa” bilməyəcək.

Boğazın “razılıq” əldə edilənə qədər tamamilə bağlı qalacağını vurğulayan Tramp, “Bura razılıq əldə edilənə qədər möhkəm bağlanıb” dedi.

Tərti edən: Cəfərova Kəmalə

İstinad: CNN

Gundelik.az

Exit mobile version