Meksikada gəlinlə bəy arasında 78 yaş fərqi olan nikah qeydə alınıb.
Gundelik.az xəbər verir ki, bu barədə Meksikanın Milli Statistika və Coğrafiya İnstitutu məlumat yayıb.
Quintana-Roo ştatında yaşayan 96 yaşlı qadın 18 yaşlı gənclə ailə quraraq yeni rekorda imza atıb. 2025-ci ildə Meksikada bağlanan nikahlar arasında ən böyük yaş fərqi məhz bu cütlükdə qeydə alınıb.
Siyahıda ikinci yeri Miçoakan ştatından olan cütlük tutub. Belə ki, 96 yaşlı qadın 19 yaşlı gənclə nikaha daxil olub.
Üçüncü yerdə isə Tamaulipas ştatından olan cütlük qərarlaşıb. Həmin nikahda bəyin 90, gəlinin isə 18 yaşı olub.
Daha əvvəl 24 yaşlı qadının 60 yaşlı sevgilisindən uşaq dünyaya gətirdiyi bildirilmişdi. Qadın yaş fərqinə baxmayaraq, həmin kişini səmimi qəlbdən sevdiyini və onun yanında özünü təhlükəsiz hiss etdiyini demişdi.
Nuri
Gundelik.az

