Gundelik.az Dünya 900-ə yaxın ayını güllələyəcəklər
Dünya Xəbərlər

900-ə yaxın ayını güllələyəcəklər

Rumıniya Prezidenti Nikusor Dan ölkədə ayı populyasiyasının azaldılmasını nəzərdə tutan Qanunu imzalayıb. 

Gundelik.az “Euronews”a istinadən xəbər verir ki, sənəd 2026-cı ilin sonuna qədər 859 qəhvəyi ayının vurulmasına icazə verir.

Bununla yanaşı, əhali üçün təhlükə artarsa, “müdaxilə tədbiri” kimi daha 110 ayı zərərsizləşdirilə bilər.

Sözügedən yeni qanun sentyabrın 16-da Deputatlar Palatası tərəfindən qəbul edilib. 

Qeyd edək ki, Rumıniya Avropada qəhvəyi ayıların ən çox məskunlaşdığı ölkədir.

Exit mobile version