Gundelik.az Elm və təhsil Ədəbiyyat 6 Mart – Yazıçı Fərman Eyvazlının anadan olmasının 95 illiyi, (06.03.1931-1996)
Ədəbiyyat Tarixdə bu gün Xəbərlər

6 Mart – Yazıçı Fərman Eyvazlının anadan olmasının 95 illiyi, (06.03.1931-1996)

Eyvazov Fərman Allahverdi oğlu – nasir, 1962- ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1970)

Eyvazov Fərman Allahverdi oğlu 1931 – ci il martın 6 – da Azərbaycanın Ağstafa rayonunda doğulmuşdur. Ağstafada orta məktəbi bitirdikdən sonra Moskvada M. Qorki
adına Ədəbiyyat İnstitutunun nəsr bölməsində təhsil almışdır(1951-1956).Ədəbi fəaliyyətə 1950 – ci ildə “Azərbaycan gəncləri” qəzetində dərc olunan “İlk səsim” şeirilə
başlamışdır. “Drujba narodov” jurnalının Azərbaycan üzrə xüsusi muxbiri (1956-1957), Radio və Televiziya Verilişləri Komitəsində redaktor, böyük redaktor (1961-1962)
işləmiş, sonra bir müddət yaradıcılıqla məşğul olmuşdur. “Azərnəşr”də siyasi ədəbiyyat redaksiyasında tərcüməçi (1965-1967), Azərbaycan Jurnalistlər İttifaqında yaradıcılıq şöbəsinin müdiri (1967-1996) vəzifələrində çalışmışdır. Macarıstanda yaradıcılıq ezamiyyətində olmuşdur (1974). “Şərəfli əməyə görə” medalı ilə təltif edilmişdir. 1996- cı il noyabrın 26-da Bakıda vəfat etmişdir.
Kitablar: “Mən niyə qayıtmadım”(1961), “Qaçaq Kərəm” (1986), “Qaçaq Kərəm” (1987), “Qaçaq Kərəm” (1990) və s.
Tərcümələri: N.Nosov “Yamaq” (1963), Y. Fuçik. “Radistin qutusunda üç hərf” (1963), Fateh Niyazi. “Üçüncü qız” (1964), Y. Amadu. “Su Kinkasın qeyri adi ölümü” (1964), “Yapon xalq nağılları” (1966), B.Rjevski “Heyvanat parkları şahının səhvi” (1966) və s.

Gundelik.az

Exit mobile version