Gundelik.az Elm və təhsil Ədəbiyyat 30 Yanvar – Aşıq Hüseyn Şəmkirlinin anadan olmasının 215 illiyi, (1811-1891)
Ədəbiyyat Tarixdə bu gün Xəbərlər

30 Yanvar – Aşıq Hüseyn Şəmkirlinin anadan olmasının 215 illiyi, (1811-1891)

Aşıq musiqisi, aşıq insanın mənəvi dəyərlərini, əməllərini tərənnüm edir və bundan ilham alır.Xalq yaradıcılığında mövcud olan aşıq sənəti üçün yeni keyfiyyət xüsusiyyətləri xasdır ki, bunlar da milli irs kimi Azərbaycanda peşəkar bəstəkarlıq yaradıcılığının əvəzolunmaz və çox mühüm mənbəsi hesab edilir.

Xalqın tarixi dəyəri və mənəvi inkişaf səviyyəsi həmin xalqa mənsub yaradıcı şəxslərin yaradıcılıq fəaliyyət nəticələri ilə müəyyən olunur. Təbii ki,
Azərbaycan xalqının yaradıcılıq istiqamətlərindən bir də çoxəsrlik aşıq musiqisində təzahür olunur. Bu, xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir. Bu incəsənət növündə poeziya, musiqi, rəqs, ifaçılıq sintezi özünü göstərir.Aşıq sənətinin əsas mövzuları – məhəbbət və təbiət gözəlliyi, insan və onun əməlləridir. Özü də bu yaradıcılıq prosesi sintez, yəni teatrlaşdırılmış şəkildə improvizator aşıq tərəfindən
sazda ifa kimi tərənnüm olunur. Aşıq sənəti indi də bütün xalqın musiqi-yaradıcılıq düşüncəsində öz ictimai əhəmiyyətini saxlamaqdadır. Onun mənbələrindən indiki peşəkar bəstəçilər də dəyərlənir və öz yaradıcılıqlarında ondan çox uğur və dəqiqliklə istifadə edirlər. Aşıq musiqisinin mövzuları həyatın özü kimi çox rəngarəngdir – xalqın azadlıqsevərliyi, oğul və qızların qəhrəmanlığı, onların cəsur əməlləri, səciyyəvi milli xüsusiyyət kimi alicənablıq, düzgünlük və xeyirxahlıq mənəvi dəyərlər kimi.Öz yaradıcılığında ən yaxşı şair, xanəndə, musiqiçi və aktyor xüsusiyyətlərini cəmləşdirən
bir sıra aşığın adını qeyd edək –Aşıq Hüseyn Şəmkirli, Qurbani, Tufarqanlı Abbas, Xəstə Qasım, Sarı aşıq, Aşıq Ələsgər…
Azərbaycanda aşıq sənətinin tarixini tədqiq etməyi qarşımıza məqsəd qoymuruq, çox mürəkkəb olan və xalq tərəfindən çox sevilən bu incənət janrının xalqın fəlsəfi mədəniyyətinin formalaşmasında rolunu və əhəmiyyətini qeyd etmək istəyirik. Azərbaycanda aşıq sənətinin dərin tarixi inkişaf mərhələlərindən söhbət açan bir sıra ədəbi mənbələr bizə məlumdur. Sənətşünaslıq elmi sahəsində professor Tariyel Məmmədovun «Azərbaycan aşıqlarının ənənəvi havaları» adlı doktorluq dissertasiyasını qeyd etmək olar. Bu tədqiqatda bilavasitə xanəndə-dastançı aşıqların dilindən dinlənilən əsərlərin musiqi-poetik dili, metroritmikası, forması araşdırılır. Qoşmaları: “Danışma” Gəraylıları: “Bayaz”, “Üstünə”, “Ziba” və s.

Gundelik.az

Exit mobile version