Gundelik.az Tarixdə bu gün 3-4 İyun – Beynəlxalq Su Hövzələrinin Təmizlənməsi Günü, (1955)
Tarixdə bu gün Xəbərlər

3-4 İyun – Beynəlxalq Su Hövzələrinin Təmizlənməsi Günü, (1955)

Beynəlxalq Su hövzələrinin Təmizlənməsi Gününün (International Cleanup Day) ideya müəllifləri və təşkilatçıları dalğıclardır. Bu bayramın əsas hadisəsi kütləvi iməclikdir. Bu əlamətdar gün 1955-ci ildən dünyanın bir çox ölkələrində PADI – Dayvinq təlimatçılarının peşəkar assosiasiyasının himayəsi altında keçir. Həmin gün regional yeraltı üzgüçülük klubları yerli su hövzələrinə gedir, onların diblərini və sahillərini təmizləyirlər. Bəzi şəhərlərdə bu tədbirlər yerli hökumət orqanlarının dəstəyi ilə aparılır.
Bu günə marağı artırmaq üçün çox zaman tədbirlər komandalar arasında yarış halında keçirilir.
Gundelik.az

Exit mobile version