“İnformasiya” termini, latın sözü olub izahetmə, şərhetmə, məlumat vermə mənalarını daşıyır. “İnformatio” sözündən yaranmış termin ifadə olunma formasından asılı olmayaraq insanlar, canlılar, cansızlar, faktlar, hadisələr, proseslər və s. haqqında olan məlumat və biliklərin ötürülməsi və məcmuəsini nəzərdə tutur. İnformasiyanın yayılması, təbiətdə və cəmiyyətdə, bizi əhatə edən obyektləri, hadisələri, onların xassələri, qarşılıqlı münasibətləri haqqında məlumatların yığılması, onlara dair bilikləri çoxaltmaq məqsədi daşıyır. insanlar, canlılar arasında ötürülə bilən hər bir informasiyanı saxlamaq və yaymaq mümkündür. Demək olar ki, insanlar beyinlərində kompyuterlər isə yaddaşlarında saxladıqları informasiyaları cəmiyyətə ötürürlər. Bəşər tarixində şifahi, yazılı və ya hər hansı digər formada ötürülən məlumatlar həmişə olmuşdur. Məlumat ötürücülərinin cəmiyyətdə rolunu qiymətləndirərək hər il Ümumdünya İnformasiya Günü qeyd edilməyə başlamışdır. Bu günün qeyd edilməsi BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan Beynəlxalq İnformasiyalaşdırma Akademiyası və Ümumdünya İnformasioloji Parlamentin təşəbbüsü ilə qərara alınmışdır. Bu əlamətdar günün beynəlxalq təqvimə salınması ilə bağlı qərar 26 noyabr 1992-ci ildə Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının təşəbbüsü ilə keçirilən I Beynəlxalq İnformasiyalaşdırma Forumunda verilmişdir. Bu günün təsis edilməsinin əsas məqsədi bu sahədə olan başlıca problem və məsələlərə mütəxəssislərin diqqətini yönəltmək və onların həlli yollarını tapmaqdır. Bəşər tarixində həmişə əhəmiyyətli informasiyanın rolu XX əsrin ortalarından başlayaraq sosial tərəqqi, elm və texnikanın sürətli inkişafı nəticəsində cəmiyyətdə daha da artaraq geniş vüsət almağa başlamışdır.
Təbiətdə siqnallar şəklində ötürülən informasiyalar iki tipə ayrılaraq analoq və rəqəmli şəkildə olur. Hissiyyat üzvlərimizə görə ötürülən informasiyalar analoq, kompüterlər vasitəsi ilə ötürülən informasiyalar isə rəqəmli ötürülən informasiyalar hesab edilir. İnformasiyanın istifadəyə yararlı olması üçün onun bir neçə xüsusiyyətlərinidə qeyd edə bilərik hansıki, informasiyalar ötürülərkən tam şəkildə təsvir olunmalı, düzgün həqiqi situasiyaları əks etdirməlidir. Məlumatın əhəmiyyətliliyi isə istifadəçi üçün vacib amillərdəndir. Onların istifadəçilər üçün anlamlı şəkildə istifadəçinin başa düşdüyü tərzdə hazırlaması vacibdir.
XX əsrin II yarısından informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı “informasiya əsri və informasiya cəmiyyəti” anlayışlarının meydana gəlməsinə səbəb olmuşdur. Bununla bağlı 1865-ci il mayın 17-si Beynəlxalq Teleqraf İttifaqının əsasının qoyulması ilə əlaqədar
gündə təsis edilimişdir. 2005-ci ilədək 17 may tarixi Beynəlxalq Telekommunikasiya Günü adlanmışdır. Lakin BMT-nin qərarı ilə 2006-cı ildən etibarən isə bu günün adı dəyişərək “Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü” kimi qeyd edilməyə başlamışdır. Buna səbəb
sosial həyatın müxtəlif sahələrində – elmdə, incəsənətdə, siyasətdə, iqtisadiyyatda, hətta məişətdə informasiyanın əhəmiyyətinin artmağa başlaması olmuşdur. Bundan əlavə 17 may tarixi ilə yanaşı hər il 26 noyabr tarixidə 1992-ci ildən Ümumdünya İnformasiya Günü adı ilə qeyd edilir. Qədim dövrlərdə xəbər aparıb gətirmək üçün göyərçinlərdən daha çox istifadə etmişlər. Sonralarsa onları poçt daşımaları xidməti əvəzləmişdir. Elə bu münasibətlədə oktyabr ayının 9- da bütün dünyada poçt sahəsi işçilərinin peşə bayramı “Ümumdünya poçt günü” kimi qeyd edilir. Bəs uzaq keçmişdə
xəbərlərin necə ötürüldüyü haqqında nə bilirik? Canlı ötürücülərdən biri olan göyərçinlərin daha çox ötürücülük xüsusiyyəti vardır. Azərbaycan şifahi xalq ədəbiyyatında – nağıllarımızda rast gəlinən bu canlılar keçmiş zamanlarda atlarla yanaşı xəbər aparan canlılardan biri olmuşlar. Bu səbəbdən də bu quşlar tarixdə insanlıq həyatına ən çox fayda göstərmiş canlı kimi tanınmışlar. Onlar sülh quşları hesab edildiyindən hətta bu heyrətamiz quşlara
planetimizn 30-dan çox ölkəsində heykəllər qoyulmuşdur. Bəs göyərçinlər xəbəri bir yerdən digərinə necə aparır? Son tədqiqatlar poçt göyərçinlərinin istiqaməti müəyyən etmək üçün yerin maqnit sahəsindən istifadə etdiyinə dair nəzəriyyəni dəstəkləyir. Hələ 1150-ci ildə Bağdadda məktub yollamaq üçün göyərçinlərdən istifadə edilmişdir. Məşhur Röyters xəbər agentliyinin banisi Pol Röyter (Paul Reuter) xəbərləri və birja qiymətlərini paylamaq üçün 1850-ci ildə Belçikanın Brüksel şəhəri ilə Almaniyanın Aaxen şəhəri arasında 45 göyərçindən istifadə etmişdir. Bəs poçt göyərçinləri adətən uzaq məsafələri necə qət edə bilirlər? Ən uzaq məsafəyə uçan göyərçinin rekordu təxminən 1689 mil və 2719 km-dir. Alimlər on illər davam edən tədqiqatlardan sonra göyərçinlərin, həqiqətən də maqnit sahəsini qavrama qabiliyyətinə sahib olduğunu müəyyən etmişlər. Onların güclü qoxu hissiyatı ilə maqnit sahəsini qavrama qabiliyyətindən bəhs edən nəzəriyyəyə üstünlük verilmişdi. Göyərçinlərin qəhrəmanlıqlar nümayiş etdirdikləri neçə-neçə hadisələr tarixdə öz əksini tapıb. Məsələn 1942-ci ildə almanlar ingilis sualtı qayığını vururlar. Qayıq xəsarət alaraq suyun dibinə çökür. Əgər bir cüt göyərçin olmasaydı ekipaj belə həlak olacaqdı. Sualtı qayıqdan kiçik kapsulalar vasitəsilə torpedo aparatı vasitəsilə quşlar buraxılır.
Erkək göyərçin sudan çıxana qədər boğularaq ölsədə dişi göyərçin havaya çıxmağa müvəffəq olur və təyin edilən ünvana özünü çatdırır. Sualtı qayığın ekipajı xilas edilir. Həmin göyərçinin şərəfinə heykəldə ucaldılır. Başqa bir hadisədə isə “The Mocker” adlı bir göyərçin yaralanmadan əvvəl 52 ədəd uğurlu mesaj daşımasından danışılır. “Cher Armi” adlı digər göyərçin isə bir gözünü və ayağını itirmiş lakin uğurlu bir şəkildə çatdırdığı mesaj mühasirdə olan böyük bir Amerikan piyada qoşununu xilas etmişdir. Göyərçinlərin insan həyatını xilas etdiyi yüzlərlə belə hadisələri qeyd etmək olar.
Qeyd etdik ki informasiya sözü əsasən çoxmənalı termindir. İnformasiyalar yaranmasına, qəbul edilməsinə, ötürülməsinə, ifadə formalarına və vasitələrinə, istifadəsinə görə müxtəlif cür formalarla olur. Uşaqların informasiya almasında televiziyanın da rolu böyükdür. Onların baxdığı cizgi filmləri, maraqlı video roliklər, filmlər, məlumatlarla dolu verilişlər və s. bir informasiya ötürücüsüdür. Onlar uşaqların yaddaşında daha yaxşı həkk olur. Hər zaman Azərbaycanda informasiya cəmiyyətinin inkişafı üçün mühüm işlər görülüb. Bu özünü Informasiya texnologiyalarının müxtəlif sahələrində – rabitə, telekommunukasiya, İKT biliklərinin ötürülməsi, poçt, və s. də göstərib.
Ədəbiyyatımızda şifahi xalq ədəbiyyatı nümunələrinin belə bir informasiya ötürücüsü olduğunu deyə bilərik. Ona görə ki, xalqın qədim tarixi varlığını siyasi amillərlə yanaşı həm də onun mədəniyyət, ədəbiyyat nümunələri göstərir. Hər bir xalqın ədəbiyyat nümunələri dedikdə isə yada düşən ilk öncə xalqın folklor nümunələri olur. Hansı ki yaranıb yayılmasında iştirak edən ilk öncə el olur. Folklor yarandığı vaxtdan ağızdan-ağıza keçərək qədim adət – ənənələr, mədəniyyət nümunələri folklor nümunələri şəklində gələcək nəsillər üçün bir məlumata çevrilib. Ağızdan-ağıza yayılaraq inkişaf edən folklor zamanla böyüyərək yeni – yeni janrlar formasına düşərək sonra yazılı ədəbiyyat nümunələri yaranıb. Kitabi-Dədə Qorqud dastanın boylarından birində deyildiyinə görə bir qəbilə, tayfa digər qəbiləyə məlumatı dağ başında od yandırmaqla ötürürdü.
Tayfalar bir tonqal qalayanda bütün eli-obanı şənliyə, toya çağırardılar. İki tonqal qalayanda bütün eli-obanı düşmənlə mübarizəyə, müharibəyə səsləyərdilər. Üç tonqal qalayanda isə bütün el-oba birliyə dəvət olunardı. Novruz bayramında çərşənbələrdə yandırdığımız tonqallar bu gün Dədə Qorquddan bizə yadigar qalan örnəkdir. Kökü qədim dövrə bağlı olan informasiyanın ötürülməsi bu günkü günümüzə müxtəlif şəkillərdə gəlib çatmışdır.
Səslərdən, kəlmələrdən, od – ocaq qalamaqla bir-birimizə ötürdüyümüz məlumatları, bu gün virtual şəkildə internet vasitəsi ilə çatdırırıq. Şifahi xalq ədəbiyyatı nümunələrimizi oxuyarkən onlardan belə keçmiş mədəniyyətimiz, ayinlərimiz, adət-ənənələrimiz haqqında əkin-biçin nəğmələrimizdən, mövsüm nəğmələrimizdən məlumatlanmış oluruq.
Səməni, saxla məni,
İldə göyərdərəm səni,
Babayi – bayram gəlir,
Elimizə, günümüzə,
Babaları yad edərlər,
Dostlara qonaq gedərlər,
Yumurtanı yeddi irəng
Gəlinlərin süfrəsinə qoyarlar.
Ədəbiyyatımızda hər dövrdə olan poçtalyon mövzusu xüsusən müharibə vaxtlarında anaların intizarına son qoyan bir peşə olmuşdur. Elə yazıçı Süleyman Rüstəmin “Ana və Poçtalyon” şeirində bunun şahidi oluruq. Əsərdə Poçtalyon obrazı elə Ana obrazı ilə bərabər tutula biləcək səviyyədə verilmişdir. Bu, poeziyamızda ilk Poçtalyon obrazı sayılır.
Tanımayan tapılmaz məhlədə poçtalyonu
Hamı istərdi onu hamı sevərdi onu.
Onu tanıyırdılar adamlar addımından,
Bir bayramdı çantası dolu gəldiyi zaman
Anaya şad xəbərlər gətirmişdi vaxıilə.
İndi kağız almayan ana gələrək dilə,
Söylədi poçtalyona bir neçə acı kəlmə:
“Məktub olmasa, bir də sən bu həyətə gəlmə!”.
Poçtalyon söz demədi, dilsiz dayanıb durdu,
Elə bil dağ başında onu ildırım vurdu
da – hər ikisi sevinir. Burada yazıçımız Mir Cəlalın “Süleyman Rüstəm” məqaləsində dediyi bu cümlələr yada düşür: Şair poçtalyonu da eyni təbii, səmimi və aydın bədii rənglərlə təsvir etmişdir. Poçtalyon quru bir idarə qulluqçusu, sadə bir icraçı deyildir. O, öz peşəsinin müqəddəsliyini duyur və
qiymətləndirir. Hər ailəyə məktub gətirdikcə, evlərdə sevinc yaratdıqca, öz vətəndaşlıq vəzifəsini yerinə yetirdiyini duyduqca ruhu təzələnir, ürəyi açılır, ömrü uzanır. O, heç kəsi məktubsuz, xoş xəbərsiz qoymaq istəmir. Amma sonda müharibə və fəlakət olsa da insanları, heç bir-birinə qohum
olmayan adamları mənən birləşdirir, ana ilə poçtalyon arasında umu-küsü olsada bir gün küçə qapısı çox sürətlə açılır və qoca poçtalyon anaya oğlundan məktub gətirir. Beləliklə, dərdin sonu çatır, ana da, poçtalyon Mərhəmətli, möhtərəm anayadır bu kağız!..
Hamı bir səslə dedi: “Gözlərin aydın, ay qız!”
Ana, gözləri yaşlı, ətir saçdı dilindən,
Tez öpdü poçtalyonun məktub verən əlindən…

NƏRGİZ MƏCİDOVA
Metodist
Gundelik.az