Gundelik.az Elm və təhsil Ədəbiyyat 22 Yanvar – Yazıçı Məmmədrza Afiyətin anadan omasının 100 illiyi, (1926-1995)
Ədəbiyyat Tarixdə bu gün Xəbərlər

22 Yanvar – Yazıçı Məmmədrza Afiyətin anadan omasının 100 illiyi, (1926-1995)

Məmmədrza Afiyət Ədəbiyyat və mədəniyyətimizi müvəffəqiyyətlə təmsil edən müəlliflərdəndir.

Yazıçı-publisist Afiyət Abdulla oğlu Məmmədrza Mərəndi 1926- cı ildə Azərbaycanın Qazax rayonunda anadan olub, onun 6 yaşı olanda ailəsi ilə birlikdə Təbrizə köçüblər. Orta məktəbi Təbrizdə başa vurandan sonra, 1946-cı ildə Sovet ordusunun Təbrizdə olan yüksək rütbəli hərbçiləri ilə Azərbaycana qayıdıb. Burada hərbi məktəbə daxil olaraq, təhsilini uğurla başa vurub. Sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olaraq, ikinci ali təhsil alıb. O, uzun müddət jurnalistka sahəsi ilə  məşğul olub. 30 ilə yaxın “Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Afiyət mətbuatda çalışdığı dövrdə Nəriman Həsənzadə, Tahir Söhrab, Mədinə Gülgün, Balaş Azəroğlu, Bəxtiyar Vahabzadə kimi yazıçı və şairlərlə işləyib, dostluq və əməkdaşlıq edib. Fars dilindən Azərbaycan dilinə tərcümələrindən aydın olur ki, Afiyət Məmmədrza bir sıra dilləri mükəmməl bilmiş və ədəbi-bədii fikrin formalaşmasında mühüm rol oynamışdır. Onun müxtəlif vaxtlarda “Səttərxan”, “Ürəkdə eşq”, “Atamı istəyirəm” adlı kitabları nəşr edilib. Afiyət Məmmədrzanın həyat yoldaşı Qəhrəmanova Fəxricahan xanım o zaman ki Dövlət Nəşriyyat Komitəsində 30 il şöbə müdiri vəzifəsində işləyib. Uğurlu fəaliyyətinə görə bir sıra fəxri fərmanlara layiq görülüb. Azərbaycan ədəbiyatının təbliği ilə yanaşı, eyni zamanda Sovet İttifaqına daxil olan respublikalarda da sərgilər təşkil edib..Afiyət Məmmədrzanın daha bir kitabına diqqət edək. Müəllifin bu kitabı “Ürəkdə işıq” adlanır.

“Yazıçı” nəşriyyatında nəşr edilən bu əsərdə də Cənubi Azərbaycan mövzusu xüsusi yer tutur. Müəllif “Ürəkdə işıq” kitabında yaradıcılıq ənənəsinə sadiq qalmış və kitaba cənublu qardaş və bacılarının acınacaqlı həyatından, ictimai-siyasi məhrumiyyətlərindən, xalqın milli azadlıq uğrunda mübarizəsindən, imperializmin, şahlıq üsuli-idarəsinin, cəhalət və nadanlığın ifşasından bəhs olunan hekayələri daxil etmişdir.
Əsərləri: “Alov” (1959), “Atamı istəyirəm” (1961), “Sərdare-milli Səttərxan” (1968), “Məşrutə İnqilabı və Pəhləvi dərbarının xəyanətləri” (1978), “Sərdare-milli Səttərxan” (1980), “Ürəkdə işıq” (1984) və s.
Tərcümələri: “Balaca qara balıq”(1978), “Cuğundur satan oğlan”(1960), “Səməd Bəhrəngi. Məhəbbət nağılı”(1987)

Gundelik.az

Exit mobile version