Gundelik.az Tarixdə bu gün 19 Sentyabr – Beynəlxalq Piratlar Günü, (1995)
Tarixdə bu gün

19 Sentyabr – Beynəlxalq Piratlar Günü, (1995)

19 sentyabr qeyri-rəsmi olaraq Beynəlxalq Piratlar Günü və ya Piratları Təqlid Günü (International Talk Like A Pirate Day) kimi qeyd olunur. Bu gün “Piratlar kimi danış” da adlandırılır. Çox şən keçən bu bayram dünyanın 40-dan çox ölkəsində qeyd olunur. Həmin gün insanlar piratların danışıqlarını təqlid edir, onların məşhur sözlərini işlədir, bəzən hətta onlar kimi geyinirlər. Bayramın vətəni Amerikanın Oreqon ştatının Olbani şəhəridir. Belə ki, 1995-ci il iyunun 6-da Con Baur və Con Baur adlı iki dost zarafat üçün piratların işlətdikləri ifadələrdən istifadə edərək söhbət ediblər. Bu bayramın konsepsiyası da belə yaranıb. 2002-ci ilə qədər bu bayram haqqında məlumat geniş yayılmamışdı. Lakin Deyv Berri adlı jurnalistin məqaləsindən sonra bu haqda məlumat yayılır və bayramın çoxlu pərəstişkarları yaranır. Bu qeyri-adi günü qeyd etmək ənənəsi tədricən Avstraliya, Kanada və İngiltərəyə, daha sonra başqa ölkələrə də yayılıb.

Gundelik.az

 

Exit mobile version