Gundelik.az Tarixdə bu gün 17 Oktyabr – Ümumdünya Yoxsulluqla Mübarizə Günü, (1992)
Tarixdə bu gün Xəbərlər

17 Oktyabr – Ümumdünya Yoxsulluqla Mübarizə Günü, (1992)

Bu günün tarixi 1987-ci ildən başlayır. 23 il əvvəl oktyabr ayının 17-də yüz minə yaxın insan 1948-ci ildə İnsan Haqları Haqqında Ümumi Deklarasiyanın imzalandığı Parisin Trokadero meydanına toplaşmışdı.

Məqsəd bütün dünyadakı yoxsullara, aclıqdan əziyyət çəkən insanlara diqqət çəkməkdən ibarət idi. 1992-ci il 22 dekabr  tarixində isə Birləşmiş  Millətlər  Təşkilatının  17 oktyabr  tarixini  Yoxsulluqla  Mübarizə  Günü  kimi elan etdi. Hal-hazırda bütün dünyada milyonlarla insan yoxsulluqdan, aclıqdan əziyyət çəkir. Dünyada bu qədər aclıq, yoxsulluq olmasının əsas səbəblərindən biri israfın qlobal səviyyədə artmasıdır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına görə, dünyada istehlak üçün istehsal edilən hər 3 qidadan biri yeyilmədən zibilliyə atılır. Dünya səviyyəsində israf edilən qida miqdarı isə ildə 1.3 milyard tondur. Dünya Bankının hesabatlarına görə, inkişaf etmiş ölkələrin zibilliklərinə atılan qidalar dünyada acından ölən insanların 15 mislini doyuracaq səviyyədədir. Yəni, dünyada aclıq və ya qıtlıq problemi yox, sevgisizlik və laqeydlik problemi var. Yəni uşaqlar əslində acından ölmür, dəhşətli sistemin qorxunc nəticəsi olaraq həyatını itirir. Yaxşı planlama ilə israfın qarşısı alına bilər. Dünyadakı zənginliklər balanslı şəkildə bölüşdürülərək aclıq probleminin həll etmək mümkün olduğu halda, bu gün aclıq “dünyanın ən böyük 10 sağlamlıq riski”siyahısında hələ də birinci yerdədir.  Bu mövzuda Fransa höküməti başqa dövlətlərə də nümumə olacaq bir addım atıb. Parlamentdə qəbul edilən qanuna görə, topdan satışla məşğul olanlar əllərində qalan ərzaq məhsullarını artıq zibilliyə atmayacaq. Satılmamış qidanın istehlak edilə bilməyəcək səviyyəyə gətirilməsi də qadağan edilir. Satılmayıb əldə qalan qida bağışlanmalı, heyvan yemi olaraq və ya gübrə kimi əkinçilikdə istifadə edilməlidir. Fransanın atdığı bu addım, başda inkişaf etmiş ölkələr olmaqla, hər ölkənin həyata keçirməli olduğu vacib siyasətdir. Təəssüf ki, dünyadakı olduqca böyük kütlə öz varlığını hər şeydən önəmli görür. Bunun adı isə eqoizmdir. İsraf bəlasının yer üzündən silinməsi, ancaq insanların eqoizm və acgözlüklərini tərk etmələri ilə mümkün olar. Buna nail olmağın isə bir yolu var: sevgi. Sevgini bilməyən bir insana şəfqəti, qoruyuculuğu, paylaşmağı və paylaşmanın verdiyi xoşbəxtliyi öyrətməyin yolu yoxdur. Dolayısı ilə dünyanın üz-üzə qaldığı bu aclıq və qıtlıq faciəsinə diqqət çəkmək istəyənlər ilk öncə insanlara sevgini öyrətməklə işə başlamalıdırlar. Dünyada aclıqla mübarizə aparan qurumlar ilk öncə şəfqətin gözəlliyini insanlara tanıtmalı, sonra onlara yol göstərməlidirlər.  

Gundelik.az

Exit mobile version