Gundelik.az Tarixdə bu gün 17 İyun – Tibb İşçiləri Günü, (2001)
Tarixdə bu gün Xəbərlər

17 İyun – Tibb İşçiləri Günü, (2001)

Yaxşı sağlamlıq ən böyük var-dövlətdən bahadır.

Latın atalar sözü
İnsan üçün çox qiymətli olan, lakin çox vaxt qayğısına qalmadığı ən böyük sərvət sağlamlıqdır. İnsan sağlamlığının keşiyində isə tibb işçiləri durur. Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri də sağlamlığın mühafizəsi ilə bağlı olmuşdur. Bununla əlaqədar olaraq, Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olunmuşdur. İndi Azərbaycanda öz sənətinin sirlərinə dərindən bələd olan, insanların sağlamlığının keşiyində duran minlərlə səhiyyə işçisi vardır.

Ümummilli lider Heydər Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yaradılmasını nəzərə alaraq, “Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında” 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən hər il 17 iyun Tibb İşçiləri Günü kimi qeyd olunur.

Gundelik.az

Exit mobile version