2001-ci ildən YUNESKO-nun qərarı ilə hər il yanvarın 16-sı Ümumdünya Bitlz Günü kimi qeyd olunur. Bu tarix təsadüfi olaraq seçilməyib. 1957-ci il yanvarın 16-da Böyük Britaniyanın Liverpul şəhərində “The Cavern” klubu açılıb. Məhz bu klubda hələ o zaman heç kəsin tanımadığı gənc musiqiçilər ‒ Con Lennon, Pol Makkartni və Corc Harrison şöhrətə doğru ilk addımlarını atıblar. Bir neçə il sonra Rinqo Star da onlara qoşulub.
Gundelik.az

