“İnsanın gerçək təyinatı ömür sürmək deyil, yaşamaqdır.”
Cek London
Cek London – ABŞ yazıçısı, daha çox sərgüzəştlərlə dolu hekayə və romanların müəllifi.
Con Qriffit Çeyni 1876-cı il 12 yanvar tarixində San- Fransisko şəhərində anadan olmuşdur. Cek London çox kiçik yaşlarından ağır zəhmətə qatlaşmalı olur. Məktəbli illərində qəzetlər satır, on dörd yaşında isə konserv fabrikinə işə düzəlir. Lakin işi çox ağır olduğundan buranı tərk etməli olur. Qadağan olunmasına baxmayaraq San-Fransisko limanında dəniz iblizləri ovu ilə də məşğul olur. 1893-cü ildə Yaponiya sahillərinə və Berinq dənizinə dəniz pişiyi ovuna çıxan gəmiyə matros düzəlir. İlk dəniz səfəri Londonda olduqca böyük təəssüratlar oyatmaqla onun gələcək yaradıcılığına böyük təsir göstərir.Ömrünün son illərində böyrək xəstəliyindən əziyyət çəkir və ağrılarından birində həddindən artıq miqdarda ağrıkəsici qəbul edir.Əsərlərinin motivləri əsasında 50-dən artıq film çəkilmişdir.London işçi ailəsindən gəlirdi. Xüsusilə bölgə kitabxanasında kitablar oxuyaraq özünü yetişdirmişdir. 1885-ci ildə Ouidada italyan bir kəndli uşağın cəmiyyətdə yüksəlişini anladan Siqnayı oxudu. Bu romandakı obraz ədəbiyyat sahəsində hədəflərinə çatması baxımından prototipi olacaqdı.London yaradıcılığa “Yaponiya sahillərində tayfun” adlı oçerki ilə gəlir və bu gəliş kifayət qədər uğurlu olur. Belə ki, San-Fransisko qəzetlərindən biri gənc yazıçını mükafatlandırır. Bir az sonra qələmə aldığı “Canavar oğlu” (Boston, 1900), “Atalarının tanrısı” (Çikaqo, 1901) “Şaxtanın övladları” (Nyu-York, 1902), “İnsana inam” (Nyu-York, 1904), “Ayüzlü” (Nyu- York, 1906), “İtirilmiş sima” (Nyu-York, 1910) hekayələrindən ibarət toplu, “Qarlar qızı” (1902), “Dəniz canavarı” (1904), “Martin İden” romanları yazıçıya böyük şöhrət gətirir.1894-cü ildə Buffaloda 30 gün müddətinə həbs edilən London daha sonra Oaklanda geri qayıtdı və Oakland Litseyinə yazıldı. Burda “Aegis” məktəb jurnalında bəzi yazıları nəşr edildi. Cek London ümidsizcə Berkeley Universitetinə girməyi arzu edirdi və 1899-cı ildə yay boyunca davamlı dərs çalışdıqdan sonra bunu bacara bildi. Amma maddi problemlər səbəbi ilə 1897-ci ildə ayrılmağa məcbur oldu və diplom ala bilmədi.Ömrünün son illərində böyrək xəstəliyindən əziyyət çəkir və bir gün çox ağrıyır və həddindən artıq olaraq ağrıkəsici qəbul edir. Cek London 1916-ci il noyabr ayının 22- də Kaliforniyanın Qlen-Ellen şəhərciyində vəfat edir.
Əsərləri: “Yaponiya sahillərində tayfun”, “Canavar oğlu” (Boston, 1900), “Atalarının tanrısı” (Çikaqo, 1901), “Şaxtanın övladları” (Nyu-York, 1902), “İnsana inam” (Nyu- York, 1904), “Ayüzlü” (Nyu-York, 1906), “İtirilmiş sima” (Nyu-York, 1910) hekayələrindən ibarət toplu, “Qarlar qızı” (1902), “Dəniz canavarı” (1904), “Martin İden”, “Həyat eşqi” və s.
Gundelik.az

