Gundelik.az Mədəniyyət və cəmiyyət 10 Dekabr – Ümumdünya Futbol Günü
Mədəniyyət və cəmiyyət Tarixdə bu gün

10 Dekabr – Ümumdünya Futbol Günü

10 dekabr – Ümumdünya Futbol Günü Birləşmiş Millətlər Təşkilatının qərarı ilə qeyd olunur. Beynəlxalq ictimaiyyət bu idman növünə qiymət verərkən bildirir ki, bu, milyonlarla insan üçün sadəcə oyun deyil, həm də həyat tərzidir. Futbol – “ayaqla top oyunu” haqqında ilk xatırlatmalara bizim eradan əvvəl ikinci minillikdə Çin mənbələrində rast gəlinib. O, çsu-çyu adlandırılıb, mənası “ayaqla itələmək” deməkdir. Bu oyunun ilk dəfə nə vaxt başlanması haqqında dəqiq məlumat yoxdur. Bəziləri iddia edir ki, futbolun ilk sələfləri VIII əsrdə İngiltərədə yaşayan saksonlar olub. Onlar döyüş meydanında vuruşmadan sonra düşmənlərin kəsilmiş başlarını təpikləyirdilər. Futbolu Qədim Yunanıstanda və Romada təxminən 2500 il bundan əvvəl  oynayıblar.

Yunanıstanda  bu  oyun  “top  uğrunda  mübarizə” adlandırılıb.

     Qeyd edək ki, futbol bütün dünyada ən populyar idman növü sayılır. Futbol Günü idmançıları və idmanın bu növünün sadiq azarkeşlərini birləşdirən bayramdır. Azərbaycanda futbolun əsası 1911-ci ildə qoyulub, ilk çempion isə Bakının “Cənub inşaatçısı” komandası olub.

Gundelik.az

Exit mobile version