Gundelik.az Ölkə 1 354 hektar ərazi minalardan təmizləndi
Ölkə Xəbərlər

1 354 hektar ərazi minalardan təmizləndi

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (21.07.2025 – 27.07.2025) açıqlanıb.

Bu barədə Gundelik.az-a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 46 piyada əleyhinə mina, 15 tank əleyhinə mina, 1 097 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

1 354,2 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Gundelik.az

Exit mobile version