TRIPP layihəsinin yekunlaşacağı tarix açıqlandı
"Vaşinqton sammitinin önəmli nəticələrindən biri də Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP, Zəngəzur dəhlizi) layihəsi idi"/
Gundelik.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Yohan David Vadefulla keçirdiyi birgə mətbuat konfransında deyib.
Nazir deyib ki, son aylarda da bu layihənin icrası üzrə ABŞ-Ermənistan arasında danışıqlar aparılmaqdadır:
"Dəhlizin giriş-çıxış nöqtəsi Azərbaycan-Ermənistan sərhədindədir deyə, layihənin texniki göstəriciləri Azərbaycanla uyğunlaşdırılmalıdır:
"ABŞ-nin təşəbbüsü ilə məhz bu məsələ ilə bağlı birgə texniki işçi qrupun yaradılması razılaşdırıldı, noyabrın 6-dan etibarən bu qrup işə başladı. Qrup iki istiqamət üzrə (dəmiryol və avtomobil), eyni zamanda, elektrik kabel xətləri ilə bağlı texniki parametrlərin uzlaşdırılması ilə məşğuldurlar".//Oxu.Az
Ceyhun Bayramov bildirib ki, Azərbaycan öz ərazisində həm dəmiryol, həm də avtomobil yolu ilə bağlı işləri, demək olar ki, bitirib. Layihənin tam yekunlaşması isə gələn ilin əvvəllərinə planlaşdırılır".