Putin, Tramp və Si Cinpin Çində görüşəcək – tarixi sammit başlayır

Putin, Tramp və Si Cinpin Çində görüşəcək – tarixi sammit başlayır

Çində noyabrın 18-19-da keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpinin üçtərəfli görüşü gözlənilir.

Gundelik.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, görüş üç ölkə liderinin ilk üzbəüz üçtərəfli təması ola bilər. Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Mao Nin belə bir görüşün beynəlxalq sülh və sabitliyin təşviqinə töhfə verə biləcəyini bildirib.

Görüşün əsas müzakirə mövzularından birinin nüvə silahlarının azaldılması məsələsi olacağı gözlənilir. Ağ Evdən verilən məlumata əsasən, Donald Tramp bu istiqamətdə müzakirələr aparmaq niyyətindədir.

Bununla yanaşı, Çin, ABŞ və Rusiyanın nüvə silahları ilə bağlı mövqeləri arasında fikir ayrılıqlarının olduğu bildirilir.

Sammitdə yalnız siyasi liderlər deyil, dünyanın aparıcı şirkətlərinin rəhbərləri də iştirak edəcəklər. Çin tərəfdən BYD, Baidu, Xiaomi və CATL kimi şirkətlərin, ABŞ tərəfdən isə Google, Boeing, Visa və Mastercard nümayəndələrinin tədbirə qatılması nəzərdə tutulur.

Ekspertlərin diqqət mərkəzində olan görüşün beynəlxalq münasibətlərə, qlobal təhlükəsizlik məsələlərinə və dünya iqtisadiyyatına mümkün təsirləri maraq doğurur.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.