Prezident İlham Əliyev Pakistanın Azərbaycana dəyişməz dəstəyini yüksək qiymətləndirib
Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifə Zəfər Günü münasibətilə ünvanladığı təbrikə görə təşəkkür edib.
Gundelik.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sosial şəbəkə hesabında paylaşım edilib.
Dövlət başçısı qeyd edib ki, 8 Noyabr Azərbaycan xalqı üçün əlamətdar gündür və torpaqlarımızın azad olunmasını, təxminən 30 illik işğala son qoyulmasını simvolizə edir.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Prezident Pakistanın Azərbaycana dəyişməz dəstəyini yüksək qiymətləndirdiyini vurğulayıb. O, Məhəmməd Şahbaz Şərifin ötən il Bakıda keçirilən Zəfər paradında iştirakının iki ölkə arasında mövcud olan sarsılmaz dostluq və qardaşlığın növbəti göstəricisi olduğunu bildirib.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.