Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi – VİDEO
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində olarkən kənd sakini Əsəd Əsədovun evində olmuş, ailənin balaca fərdi Gülər isə dövlət başçısından traktor xahiş etmişdi.
Gundelik.az AzTV-yə istinadən xəbər verir ki, İlham Əliyev kiçik sakinin arzusunu reallaşdırıb.
Belə ki, bu günlərdə Əsədovlar ailəsinə traktor təqdim olunub.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xatırladaq ki, daha əvvəl Prezident Xocavənd rayonunun Xanoba kəndində sakinlərlə görüş zamanı balaca Ayazın ondan istədiyi “Kamaz” arzusunu da reallaşdırmışdı.
Daha ətraflı videoda:
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.