Neftçalanın sabiq icra başçısı azadlığa buraxıldı

Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev azadlığa buraxılıb. Gundelik.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, amnistiya aktı ona da şamil edilib. İ.Vəliyev saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb. Xatırladaq ki, Neftçalanın eks-icra başçısı İsmayıl Vəliyev mənimsəmə və rüşvət almaqda təqsirli bilinərək 6 il 2 ay azadlıqdan məhrum edilmişdi. Onun çəkilməmiş 4 ay cəza müddəti qalmışdı.

Neftçalanın sabiq icra başçısı azadlığa buraxıldı

Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev azadlığa buraxılıb.

Gundelik.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, amnistiya aktı ona da şamil edilib.

İ.Vəliyev saxlanıldığı cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb.

Xatırladaq ki, Neftçalanın eks-icra başçısı İsmayıl Vəliyev mənimsəmə və rüşvət almaqda təqsirli bilinərək 6 il 2 ay azadlıqdan məhrum edilmişdi. Onun çəkilməmiş 4 ay cəza müddəti qalmışdı.

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.