“Ağbənd-Ordubad” elektrik xəttinin çəkilişinə 24,6 milyon sərf olunacaq
330 kV-luq “Ağbənd-Ordubad” elektrik verilişi xəttinin (EVX) çəkilişinə və metal dayaqların satın alınmasına sərf olunacaq vəsaitin həcmi açıqlanıb.
Bu barədə Gundelik.az “Azərenerji” ASC-dən məlumat əldə edib.
Məlumata görə, “Azərenerji” metal dayaqları Türkiyənin “Mitaş Endüstri Sanayi Tic.A.Ş” şirkətindən alır. Bununla bağlı 6.516 milyon manat dəyərində müqavilə bağlanılıb.
Bundan əlavə, “Azərenerji” 330 kV-luq “Ağbənd-Ordubad” elektrik verilişi xəttinin çəkilişini isə “Azenco” şirkətinə həvalə edib və onunla isə 18.1 milyon manat dəyərində müqavilə imzalayıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.