“Mançester Yunayted”in səhmləri azalıb
İngiltərənin “Mançester Yunayted” futbol klubunun səhmləri Avropa Liqasının finalında məğlub olmasından sonra azalıb.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, ilkin sessiyada “Mançester Yunayted”in səhmləri 7,2% ucuzlaşıb.
Bildirilir ki, cari ilin əvvəlindən isə klubun kapitallaşması 16% azalıb.
Avropa Liqasının finalı mayın 21-də baş tutub və “Mançester Yunayted” komandası Londonun “Tottenhem”inə 0:1 hesabı ilə uduzub.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qarşılaşmada qazanılan qələbə “qırmızı şeytanlar”a növbəti mövsüm Çempionlar Liqasına birbaşa vəsiqə qazandıracaq ki, bu da öz növbəsində həm böyük məbləğdə pul mükafatı, həm də evdəki matçlardan əlavə gəlir deməkdir.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.