G7 ölkələri Kiyevə yardımı davam etdirəcək
Almaniyanın maliyyə naziri Lars Klinqbayl bildirib ki, yeddilik qrupu (G7) ölkələri Ukraynaya dəstəyi davam etdirməyi qərara alıb.
Gundelik.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Nazirin sözlərinə görə, ölkələr bəzi məqamların müzakirəsini davam etdirir, buna görə də yekun bəyanat hələ razılaşdırılmayıb. L.Klinqbayl həmçinin vurğulayıb ki, “yeddilik” üzvlərinin Ukraynaya yardım göstərilməsi ilə bağlı mövqeyi dəyişməyəcək.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qeyd edək ki, 20-22 may tarixlərində Kanadanın Banf şəhərində (Alberta əyaləti) G7 ölkələrinin maliyyə nazirlərinin görüşü keçirilir./report
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.