İrandan ABŞ-yə və müttəfiqlərinə xəbərdarlıq: Hücumda iştirak edən hər kəs hədəfə çevriləcək!

İrandan ABŞ-yə və müttəfiqlərinə xəbərdarlıq: Hücumda iştirak edən hər kəs hədəfə çevriləcək!

İran ABŞ-yə yardım edən istənilən ölkənin qanuni hədəf olacağını bəyan edib.

Gundelik.az Haqqin.az-a istinadən xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanının müşaviri Əli Bilali müharibənin yenidən başlaması halında ABŞ-yə dəstək verəcək istənilən ölkənin İran üçün “qanuni hədəf” hesab edilə biləcəyini bildirib.

“Yeni təcavüz baş verəcəyi təqdirdə, ABŞ-nin İrana qarşı hücumunda ona yardım göstərən istənilən ölkə və ya qüvvə İslam Respublikasının qanuni hədəfinə çevrilə bilər”, – deyə Bilali bildirib.

Onun sözlərinə görə, İranın raketləri regionda yerləşən İsrail və ABŞ hərbi bazalarına zərbələr endirmək üçün kifayət qədər mənzilə malikdir.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.