Gülarənin ögey qardaşı onunla eyni universitetdə təhsil alırmış - YENİLƏNİB / FOTO
Bakıda gənc rəssamın ölümünün yeni təfərrüatı məlum olub.
Gundelik.az oxu.az-a istinadən xəbər verir ki, qətl hadisəsində şübhəli bilinən 2008-ci il təvəllüdlü Ayxan Mehdiyev və bacısı tələbə olublar.
A.Mehdiyev universitetin 1-ci kursunda, bacısı isə 3-cü kursda oxuyublar.
Hadisə vaxtı qardaş və bacısı evdə tək olublar. İlkin məlumata görə, Ayxan bacısının ürəyinə və boğaz nahiyəsinə 3 bıçaq zərbəsi endirib. Gülarə Mehdiyeva xəstəxanaya çatdırılsa da, orada ölüb.
_______________
Bakıda gənc rəssam 2003-cü il təvəllüdlü Gülarə Ağa qızı Mehdiyevanın ögey qardaşı tərəfindən qətlə yetirilməsi hadisəsinin bəzi təfərrüatları üzə çıxıb.
Gundelik.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisədən sonra polis əməkdaşları tərəfindən saxlanılan 2008-ci il təvəllüdlü A.Mehdiyev cinayəti qısqanclıq zəminində törətdiyini iddia edib.
Məlum olub ki, Gülarə ilə Ayxan ata bir, ana ayrı ögey bacı-qardaşdır. Onlar Binəqədi rayonu 9-cu mikrorayon Həmzə Babaşov küçəsindəki evdə yaşayıblar.
Hadisə isə noyabrın 16-sı saat 14:30 radələrində evin mətbəx otağında baş verib. 18 yaşlı oğlan bıçaqla bacısına hücum edərək 3 ağır zərbə endirib. Gülarənin səsinə qonşular gəliblər və dərhal təcili tbbi yardım çağırıblar. Xəstəxanaya çatdırılsa da, 23 yaşlı qızın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



