Çıraq Humanitar və İnkişaf” İctimai Birliyi mina təhlükəsinə dair maarifləndirmə layihəsinin yekun tədbirini keçirib - FOTO
“Çıraq Humanitar və İnkişaf” İctimai Birliyi Ağdam rayonunda “İşğaldan azad olunmuş və ətraf rayonlarda mina və partlamamış hərbi sursatların təsirinin azaldılması” layihəsinə həsr olunmuş yekun tədbirini reallaşdırıb.
Gundelik.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Qarabağ Dirçəliş Fondu və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfdaşlığı ilə uğurla icra edilib.
Yekun görüşdə çıxış edən layihə rəhbəri Nadir Cəfərov tədbir iştirakçılarına görülən işlər və əldə olunan nəticələr barədə ətraflı məlumat verib. Bildirilib ki, layihənin əsas məqsədi "Böyük Qayıdış" proqramı çərçivəsində doğma yurdlarına qayıtmış keçmiş məcburi köçkünlərin təhlükəsizliyini təmin etmək və əhali arasında mina xəbərdarlığı mədəniyyətini yüksəltməkdir.
Layihə çərçivəsində keçmiş təmas xəttinə yaxın olan və risk təşkil edən yaşayış məntəqələrində – Ağdam şəhəri, Ağdamın Xıdırlı və Əfətli kəndləri, Ağcabədi rayonunun Hacılar kəndi, eləcə də Füzuli şəhərində sakinlər üçün genişmiqyaslı səyyar maarifləndirici görüşlər və tədbirlər təşkil olunub. Sakinlərə mina və partlamamış hərbi sursatlarla rastlaşdıqda davranış qaydaları izah edilib və onlara xəbərdaredici materiallar paylanılıb.
Tədbir müzakirələr və layihənin gələcək perspektivlərinin qiymətləndirilməsi ilə başa çatıb.
Foto qalereya
1 / 3