Yaponiyada 7 bal gücündə zəlzələ - 1000 km uzaqda hiss olundu
Yaponiyanın cənubundakı Oqasavara adaları yaxınlığında yerli vaxtla saat 11:10-da 7 bal gücündə zəlzələ baş verib.
Gundelik.az-ın məlumatına görə, yerin 470 kilometr dərinliyində qeydə alınan yeraltı təkanlar episentrdən 1000 kilometr uzaqlıqda yerləşən paytaxt Tokio daxil olmaqla, geniş ərazidə hiss olunub.
Yaponiya Meteorologiya Agentliyi (JMA) zəlzələnin böyük dərinlikdə baş verməsi səbəbindən sunami riskinin olmadığını elan edib. Hadisə nəticəsində tələfat və ya dağıntı qeydə alınmayıb. ABŞ Geoloji Xidməti (USGS) isə zəlzələnin maqnitudasını 6,5 olaraq qiymətləndirib.
Bildirilir ki, “anomal titrəmə zonası” effekti dərindəki seysmik dalğaların lövhə boyunca ötürülməsinə və uzaq bölgələrdə hiss olunmasına səbəb olub. Bu, bölgədə 2015-ci ildən bəri qeydə alınan ilk 7 bal gücündə zəlzələdir.