Yaponiya F-35 qırıcı təyyarə parkını genişləndirir

Yaponiya F-35 qırıcı təyyarə parkını genişləndirir

Yaponiya ABŞ-dan sonra dünyada ən böyük F-35 döyüş təyyarəsi parkına sahib ölkədir. Tokio administrasiyası hazırda 105 ədəd F-35A və 42 ədəd F-35B tipli təyyarəyə malikdir.

Modernləşdirmə proqramı çərçivəsində Yaponiya öz hava qüvvələrinin döyüş qabiliyyətini artırmağı hədəfləyir. Proqram həm də bölgədə artan təhlükəsizlik təhdidlərinə — xüsusilə Çin və Şimali Koreya faktoruna qarşı strategiyanın tərkib hissəsi kimi qiymətləndirilir.

Qeyd edək ki, F-35B modelləri qısa məsafədən qalxıb-enmə qabiliyyətinə malikdir və Yaponiyanın hərbi gəmilərində istifadə üçün nəzərdə tutulub. Bu addım Yaponiyanın dənizdəki müdafiə imkanlarını da xeyli artıracaq.

Hazırladı: Fəridə Sadıqzadə

Mənbə:Newsweek

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.