Yaponiya ABŞ ilə münasibətləri nəzərə alaraq Fələstini tanımayacaq
Yaponiya Amerika Birləşmiş Ştatları (ABŞ) ilə yaxşı münasibətləri qorumaq məqsədilə hələlik Fələstin dövlətini tanımaqdan imtina edəcək.
Gundelik.az xəbər verir ki, bu barədə “Asahi“ qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Yaponiyanın baş naziri Şiqeru İşiba sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Fələstin məsələsinə həsr olunmuş sessiyada iştirak etməyəcək.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xatırladaq ki, daha əvvəl Böyük Britaniya, Fransa, Kanada və Avstraliya da daxil olmaqla bir sıra ölkələr bu ay BMT Baş Assambleyasında Fələstin dövlətini tanıyacaqlarını açıqlayıblar.
ABŞ isə İsrailin əsas müttəfiqi olaraq Fələstin dövlətinin tanınması ideyasına qarşı çıxır.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.