Xocavənddə yaşayış evlərinin təmirinə 2,9 milyon manat ayrıldı
Xocavənd şəhərində fərdi yaşayış evlərində təmir işləri aparılacaq.
Gundelik.az-ın məlumatına görə, təmir işləri rayon üzrə ümumilikdə 8415 kvadrat metr həcmində 50 fərdi yaşayış evini əhatə edəcək.
Belə ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq işlərə yekun vurub.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qurum sözügedən işlərin icrasını “Az-Caspian Construction” MMC-yə həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 2,941 milyon manat ödənilib.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.