Xırdalanda ər-arvad bir-birini bıçaqladı, ikisi də öldü
Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib.
Gundelik.az “Report”a istinadən xəbər verir ki, ər-arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb.
Nəticədə, kişi aldığı xəsarətlərdən evdə ölüb, qadın isə ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Hazırda ölən şəxslərin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.