Xameneinin müavini: Ali Rəhbər sağlamdır və danışıqlara rəhbərlik edir

Xameneinin müavini: Ali Rəhbər sağlamdır və danışıqlara rəhbərlik edir

İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei tam sağlamdır və danışıqlara rəhbərlik edir.

Gundelik.az-ın məlumatına görə, bu barədə İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müavini Məhəmməd Hüseyni Qumi bildirib.

“Düşmənin Müctəba Xameneinin sağlamlıq vəziyyəti ilə bağlı iddiaları təxribatdır və məqsəd yanlış reaksiyalar doğurmaqdır”, – Qumi qeyd edib.

Onun sözlərinə görə, Ayətullah Müctəba Xamenei atası Seyid Əli Xameneinin iqamətgahının bombalanması zamanı həyətdə olub və yüngül xəsarət alıb.

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.