“Xalq Kapital”ın vəzifəli şəxsi cərimələndi
Azərbaycan Mərkəzi Bankı (AMB) “Xalq Kapital İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi barəsində inzibati tənbeh tədbiri tətbiq edib.
Gundelik.az-ın AMB-yə istinadən məlumatına görə, qərar cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə bağlı qəbul edilib.
Belə ki, AMB tərəfindən aparılan cari nəzarət tədbirləri çərçivəsində müəyyən edilmiş pozuntulara görə İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci və 598.1.5-ci maddələrinə əsasən şirkətin vəzifəli şəxsi 4 min manat məbləğində cərimələnib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.