Vergi borcları üzrə yeni güzəşt tətbiq ediləcək

Vergi borcları üzrə yeni güzəşt tətbiq ediləcək

Vergi borcları üzrə möhlət mexanizminin avtomatlaşdırılması və sadələşdirilməsi sahibkarlar üçün daha bir mühüm güzəştdir.

Gundelik.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, vergi borclarına möhlət verilməsi hüququnun avtomatlaşdırılması və tətbiq şərtlərinin sadələşdirilməsi, yəni əlavə sənədlərin təqdim edilməsinə dair tələbin aradan qaldırılması nəzərdə tutulub.

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.