Ukrayna yenə Moskvaya hücum etdi

Ukrayna yenə Moskvaya hücum etdi

Rusiya hava hücumundan müdafiə qüvvələri bu gecə 35 ədəd Ukrayna PUA-sı vurub.

Gundelik.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Bryanskda 9, Rostovda 7, Kaluqada 6, Samara, Moskva və Tulada 3, Belqorodda 2, Qara dəniz və Kursk üzərində isə 1 ədəd PUA vurulub.

Qeyd edək ki, Ukrayna ordusunun artıq bir neçə gündür ardıcıl olaraq Moskvaya hücumu nəticəsində hava limanlarının işi iflic olur./axar.az

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.