Ukrayna Ordusu Novorossiyskə zərbə endirib, yaralananlar var
Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) ilə Novorossiyskə (Rusiya) hücumu nəticəsində beş nəfər yaralanıb.
Gundelik.az-ın Rusiya KİV-inə istinadən məlumatına görə, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev “Telegram” kanalında məlumat verib.
“Ən güclü zərbə Novorossiyskə dəyib. Beş nəfər yaralanıb, bütün zərərçəkənlərə tibbi yardım göstərilir”, – məlumatda bildirilib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qeyd olunub ki, şəhərdə fövqəladə vəziyyət rejimi elan edilib.
Qubernator bildirib ki, hücum nəticəsində səkkiz çoxmənzilli və doqquz fərdi ev, həmçinin uşaq bağçası zədələnib.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.