UEFA Konfrans Liqası: “Qarabağ” Niderlandda “Tvente”ni məğlub edib
“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.
Gundelik.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Niderlandda “Tvente”nin qonağı olub.
Enshede şəhərində baş tutan qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:0.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Matçda yeganə qolu 52-ci dəqiqədə Kadi Borges vurub.
Xatırladaq ki, komandalar arasında cavab görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.