UEFA Çempionlar Liqası: “Qarabağ” İtaliyada “Napoli” ilə qarşılaşacaq
“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək.
Gundelik.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İtaliyada “Napoli” ilə üz-üzə gələcək.
“Stadio Diego Armando Maradona” stadionunda baş tutacaq V turun qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Matçın baş hakimi polşalı məşhur FIFA referisi Şimon Marçinyak olacaq.
“Qarabağ” Liqa mərhələsində 7 xalla 15-ci pillədə qərarlaşıb. Neapol klubu 4 xalla 24-cü sıradadır.
Qeyd edək ki, Azərbaycan çempionu daha əvvəl turnirdə Portuqaliyanın “Benfika” (3:2), Danimarkanın “Kopenhagen” (2:0) komandalarını məğlub edib. İspaniyada “Atletik”ə uduzan (1:3) “köhlən atlar” Bakıda İngiltərə təmsilçisi “Çelsi” ilə bərabərə qalıb – 2:2.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.