Tramp: ABŞ və İran arasında danışıqlar avqustun 3-də başlayacaq
ABŞ prezidenti Donald Tramp ABŞ və İran arasında 3 avqustda danışıqlar aparılacağını açıqlayıb.
Gundelik.az xəbər verir ki, bu barədə Amerika lideri avqustun 2-də təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Biz onlarla dialoqa girəcəyik və bu, danışıqlar yolu ilə olacaq. Danışıqlar 3 avqust günortadan sonra başlayacaq. Mən də belə olmasını istərdim. Bu, çoxlu insanın həyatını və çoxlu səyi xilas edər”, – deyə o qeyd edib.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.