“Tesla” Çində Amerika istehsalı olan elektrik avtomobilləri üçün sifariş qəbulunu dayandırır
Amerikanın “Tesla” şirkəti Çində “Model S” sedanları və “Model X” yolsuzluq avtomobilləri üçün sifariş qəbulunu dayandırıb.
Bu barədə Gundelik.az xarici mətbuata istinadən xəbər verir.
Eyni zamanda bildirilib ki, şirkət ağ rəngli “Model S” daxil olmaqla mövcud səhmləri 759,9 min yuana (103,8 min dollar) satmaq qərarına gəlib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qeyd edək ki, Çin cümə günü bütün ABŞ mallarına tarifləri 84%-dən 125%-ə qaldıracağını açıqlayıb.
Daha öncə Amerika mediası Ağ Evə istinadla, Amerikanın Çindən gələn mallara tariflərinin 145%-ə çatdırılacağını bildirmişdi.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.