Tatarıstanda neft-kimya zavodunda yanğın baş verib, yaralananlar var
Rusiyanın Nijnekamsk şəhərində “Nijnekamskneftekim” ASC neft-kimya zavodunun ərazisində yanğın baş verib.
Gundelik.az xəbər verir ki, bu barədə şəhərin meri Radmir Belyayev bildirib.
R.Belyayev qeyd edib ki, sakinlərə və ekoloji vəziyyətə təhlükə qeydə alınmayıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
İlkin məlumatlara görə, yanğın nəticəsində 13 nəfər xəsarət alıb. Qeyd olunub ki, hazırda yanğının lokallaşdırılması ilə bağlı iş aparılır.
Yanğının ilkin səbəbi kimi avadanlığın işində nasazlıq göstərilir.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.