Şəmkirdə narkokuryer saxlanıldı
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən Şöhrət Mahmudovu saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Gundelik.az-a verilən məlumata görə, ondan 10 kiloqram narkotik vasitə marixuana, 1 kq tiryək aşkar edilərək götürülüb.
Saxlanılan şəxs qazanc əldə etmək məqsədi ilə narkokuryerlik etdiyini bildirib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.