Şahin Mustafayev İrana gedir
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev yaxın zamanda İrana səfər edəcək.
Gundelik.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, bu səfərin məqsədi müştərək layihələrin icrası ilə bağlı vəziyyətlə tanış olmaqdır.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Bundan başqa Şahin Mustafayev İran rəsmiləri ilə iki ölkənin İqtisadi Əməkdaşlıq üzrə birgə Komissiya çərçivəsində Azərbaycan və İran arasında iqtisadi tərəfdaşlıq mövzularını müzakirə edəcək və ehtimal edilən maneələrin aradan qaldırılması istiqamətində fikir mübadiləsi aparacaq.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.