Rusiyanın ən gözəl qızı özündən 30 yaş böyük nişanlısı ilə bağlı görün nələr danışdı
“Miss Rusiya – 2024” və “Miss BRİKS – 2026” titullarının sahibi, Rusiyanın ən gözəl qızı kimi tanınan Valentina Alekseyeva özündən 30 yaş böyük nişanlısı, çelyabinsklı iş adamı İlya Mitelmanla münasibətindən danışıb.
Gundelik.az xəbər verir ki, bu barədə “Woman.ru” nəşri məlumat yayıb.
Hazırda 20 yaşı olan Valentina Alekseyevanın nişanlısının 50 yaşı var. Modelin sözlərinə görə, münasibətlərdə yaş fərqi əsas deyil. Onun fikrincə, yetkinlik, intellekt və ailə qarşısında məsuliyyət daşımağa hazır olmaq daha vacibdir.
Alekseyeva bildirib ki, İlya Mitelman onun qəlbini yalnız əməlləri ilə fəth edib.
“Bəs yaş məsələsinə gəlincə, doğum tarixinin pasportda qeyd olunması nə vaxtsa sədaqətə və ya xoşbəxtliyə zəmanət veribmi? Xeyr. Əhəmiyyətli olan yetkinlik, intellekt və ailə qarşısında məsuliyyət daşımağa hazır olmaqdır. Qeybət bizim həyatımızı yaşamayan insanlar tərəfindən edilir. Buna görə də onların fikirlərinin heç bir əhəmiyyəti yoxdur”, – deyə Alekseyeva bildirib.
O, həmçinin yanında onun gücündən qorxmayan, ambisiyalarına, təhsilinə və layihələrinə hörmət edən, onu dörd divar arasında saxlamağa çalışmayan kişinin olmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, Valentina Alekseyeva daha əvvəl 50 yaşlı nişanlısının onu müğənni Filipp Kirkorova qısqandığını etiraf etmişdi. Kirkorov isə modeli “ilham pərisi” və “öz qızı” adlandırmışdı.
Nuri
Gundelik.az