Rusiya “İsgəndər -M” raketi ilə Çerniqova zərbələr endirib, ölən və yaralanan var
Rusiya Hərbi Kosmik Qüvvələri Ukraynanın Çerniqov vilayətinə “İsgəndər-M” raketləri vasitəsilə zərbələr endirib.
Gundelik.az xəbər verir ki, bu barədə məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, hədəfdə Ukrayna ordusunun 169-cu dislokasiya düşərgəsi olub. Raket hücumu nəticəsində xeyli sayda ölü və yaralının olduğu qeyd edilib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Ukrayanın UNIAN İnformasiya Agentliyi də məlumatı təsdiqləyib.
Qeyd edək ki, “İsgəndər-M” raketləri 500 kilometrlik məsafədəki hədəfi zərərsizləşdirmək qabliliyyətinə malikdir./apa
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.